EN

Tramp və Mask yenidən bir arada


ABŞ Prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Mask yenidən bir arada görüntüləniblər. Bu dəfə Arizona ştatının Qlendeyl şəhərindəki "State Farm Stadium" stadionunda mərhum ictimai fəal Çarli Kirkin anım mərasimində birlikdə əyləşiblər. Bu, İ.Maskın ABŞ liderinin komandasını tərk etməsindən sonra yaranan mübahisədən sonra onların ictimaiyyət qarşısında ilk dəfə birlikdə görünmələridir. Yayım zamanı videokamerada Tramp və Maskın prezident lojasında söhbəti əks olunub. ABŞ Prezidenti güc üçbucağı şəklində əllərini bir-birinə sıxaraq, səssizcə dinləyən Maska tərəf əyilərək danışırdı.
Bu an Pentaqonun rəhbəri Pit Heqset çıxışı zamanı lentə alıb. Daha sonra videokamera yenidən lojanı göstərib: bu zaman Tramp və Mask əl sıxıblar, bundan sonra prezident Maskın qulağına nəsə pıçıldayıb və onun kürəyinə vurub. Mask daha sonra gedib.

Mətləb

Chosen
24
baki-xeber.com

1Sources