EN

Trampın istədiyi bazada partlayış: səbəbi bilindi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əfqanıstanın Baqram şəhərindəki hərbi bazada baş verən partlayışın səbəbi məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tolo news” polisə istinadən məlumat yayıb.

Bildirilib ki, köhnə sursatların məhv edilməsi nəticəsində partlayış baş verib.

“Əvvəlki hücumdan qalan partlayıcı maddələr Baqram əyalətinin Çar Qala bölgəsində aşkar edilib, zərərsizləşdirilib və məhv edilib. Partlayış sentyabrın 21-i günorta saatlarında baş verib”, – deyə qeyd edilib.

Polis həmçinin partlayışın nəzarət altına alındığını və bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Əfqanıstandakı Baqram aviabazasını geri almağa ümid edir və bunun üçün müəyyən addımlar atır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
globalinfo.az

1Sources