EN

Məcburi dayanma zamanı bu qaydaları unutmayın - BDYPİ-dən XƏBƏRDARLIQ

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarınaxəbərdarlıq edib.

Trendhəmin xəbərdarlığı təqdim edir:

"Son vaxtlar texniki nasazlıq səbəbindən yolun hərəkəthissəsində dayanmış nəqliyyat vasitələrinin sürücüləri tərəfindənzəruri təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində digərhərəkət iştirakçıları üçün qəfil və gözlənilməz maneə yaranır ki,bu da çox zaman ağır nəticəli yol-nəqliyyat hadisələrinin başverməsinə səbəb olur.
Qanunvericiliyin tələbinə əsasən, texniki nasazlıq və ya digərsəbəbdən yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalansürücülər:
-dərhal qəza dayanma işıqlarını yandırmalı,
-avtomobildən təhlükəsiz məsafədə qəza nişanı qoymalı,
-imkan daxilində nəqliyyat vasitəsini yolun kənarınaçəkməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu sadəqaydalara əməl etməklə sürücülər həm öz həyatlarını, həm də digəryol hərəkəti iştirakçılarının təhlükəsizliyini qoruyabilərlər".

Məqalədə:
Chosen
11
29
az.trend.az

10Sources