EN

Avropa hava limanlarında kiberhücum böhranı

Avropanın bir çox hava limanında qeydiyyat və minmə sistemlərini hədəf alan kiberhücum uçuşların dayandırılmasına və ləğv edilməsinə səbəb olub.

Banco.az xəbər verir ki, Brüssel hava limanı kiberhücumun onun qeydiyyat və təyyarəyə minmə sistemləri üçün xidmət təminatçısına yönəldiyini açıqlayıb.

Açıqlamada Belçikadakı Brüssel hava limanının, eləcə də bir çox digər Avropa hava limanının hücumdan təsirləndiyi və hazırda yalnız əllə qeydiyyat və təyyarəyə minmə prosedurlarının mövcud olduğu qeyd edilib.

Xidmət təminatçısının problemi həll etmək üçün çalışdığı və məqsədin ən qısa zamanda normal vəziyyətə qayıtmaq olduğu vurğulanıb. Açıqlamada texniki nasazlığın uçuşun planlaşdırılmasına əhəmiyyətli dərəcədə təsir etdiyi və uçuş gecikmələrinin və ləğvlərinin baş verdiyi bildirilib.

Bəyanatda həmçinin bu gün reysləri olan sərnişinlərə hava limanına getməzdən əvvəl uçuş statuslarını öz aviaşirkətləri ilə yoxlamaları tövsiyə edilib və uçuşu təsdiqlənmiş sərnişinlərə hava limanına ən azı üç saat əvvəl gəlmələri tövsiyə edilib.

Chosen
20
banco.az

1Sources