EN

Tramp Qəzzada münaqişənin diplomatik yolla həllinə ümid edir

ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə nail olacağına ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Arizonadan Vaşinqtona uçan təyyarədə Ağ Evin mətbuat xidmətinin müxbirlərinə deyib.

"Buna ümid edirəm. Diplomatik həll yolu görmək istərdim. Qəzəb, nifrət çoxdur, siz bunu bilirsiniz, bu, uzun illərdir davam edir. Ümid edirəm nəyəsə nail olacayıq", - deyə o bildirib.

Chosen
18
1
ikisahil.az

2Sources