EN

Mourinyo Benzemanı istəyir

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Əl-İttihad”ın hücumçusu Kərim Benzemanı transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvardın müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

37 yaşlı oyunçunun Avropaya qayıdışı üçün maaşından imtina etməsi lazım gələcək. “Əl-İttihad” isə 5-7 milyon avroluq təklif alacağı halda onu qışda buraxa bilər.

Benzemaya Fransa və ABŞ klubları da maraq göstərir. Bu mövsüm o, 2 oyunda 3 qol vurub.

 

Chosen
10
1
idmanxeber.az

2Sources