EN

“Williams” pilotu Bakıda Alen Prostun unikal nailiyyətini təkrarlayıb

İspaniyalı pilot Karlos Sayns “Williams” komandası ilə tarixə düşüb.

İdman.biz xəbər verir ki, o, dördqat dünya çempionu Alen Prostun nadir uğurunu təkrarlayıb.

Azərbaycan Qran-prisində finişi podiumda tamamlayan Sayns, karyerasında artıq üçüncü əfsanəvi komandanın heyətində ilk üçlüyə düşüb.

Buna qədər yalnız Prost bu nailiyyətə sahib idi: o, “McLaren”lə 63, “Ferrari” ilə 14 və “Williams”la 12 dəfə podiuma qalxmışdı. Sayns isə əvvəlcə “McLaren”lə 2, daha sonra “Ferrari” ilə 25 dəfə ilk üçlüyə düşmüşdü. İndi isə o, “Williams”la da buna nail oldu.

Xatırladaq ki, sentyabrın 21-də Bakıda keçirilən Azərbaycan Qran-prisində “Red Bull”un pilotu və dünya çempionu Maks Ferstappen qalib olub.

İdman.biz

Chosen
8
1
idman.biz

2Sources