EN

Şimali Koreya lideri: “Dövlətimiz yeni məxfi silah əldə edib”

Şimali Koreyanın dövlət başçısı Kim Çen In bildirib ki, xalq respublikası özünün müdafiə gücləndirilməsi çərçivəsində gizli silah əldə edib.

Operativ Media xəbər verir ki, onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

"Dövlətimiz və partiyamız müdafiə qabiliyyətimizi gücləndirmək üçün davamlı, irəliyə doğru inkişafa çalışır", - Kim Çen In deyib.

O, dəniz gücünün yaradılmasında ilk mühüm addım olan yeni esmineslərin inşasını, eləcə də strateji qüvvələrin fasiləsiz olaraq gücləndirilməsini və kütləvi istehsal silahlarının performansının təkmilləşdirilməsini xatırladıb.

"Bundan əlavə, biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək", - Kim Çen In deyib.

Chosen
12
14
operativmedia.az

10Sources