EN

Ayntraxt” uduzdu, “Bayer” xal itirdi, “Borussiya” qalib gəldi - Almaniya Bundesliqası

Bakı. Trend:

Almaniya Bundesliqasında IV turun son oyunları başa çatıb.

Trend-inməlumatına görə, qarşılaşmalarda bir neçə gözlənilməz nəticə qeydəalınıb.

Günün açılış oyununda “Ayntraxt Frankfurt” doğma meydanda “UnionBerlin”ə 3:4 hesabı ilə uduzub. Ardınca “Bayer Leverkuzen” də xalitkisi ilə üzləşib – leverkuzen təmsilçisi “Mönxenqladbax”lagörüşdə 90+2-ci dəqiqədə buraxdığı qolla qələbəni əldən verib vəmatç 1:1 hesabı ilə yekunlaşıb.

Turun son qarşılaşmasında isə “Borussiya Dortmund” “Volfsburq”u1:0 hesabı ilə məğlub edib.

Dörd turun nəticəsinə görə turnir cədvəlinə maksimum xalla“Bavariya” liderlik edir. “Borussiya Dortmund” 10 xalla ikinci,“Leyptsiq” isə 9 xalla üçüncü sıradadır.

Chosen
22
az.trend.az

1Sources