EN

Kirkin həyat yoldaşı ərinin qatilini bağışladı

BAKI, 22 sentyabr. TELEQRAF

Siyasi fəal Çarli Kirkin həyat yoldaşı Erika Kirk ərinin qətlində şübhəli bilinən şəxsi bağışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Arizona ştatındakı “State Farm” idman arenasında baş tutan vida mərasimində bildirib.

“Mən onu bağışlayıram, çünki Məsih bağışlayırdı. Çarli də belə edərdi", - o deyib.

Erika Kirkin sözlərinə görə, həyat yoldaşı "onun həyatını alan şəxs kimi gəncləri xilas etmək" istəyirdi.

Chosen
13
1
teleqraf.com

2Sources