EN

İngiltərədə polis bölməsi satışa çıxarılıb

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərənin Staffordşir qraflığında keçmiş polis bölməsi satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Luxury Property News" məlumat yayıb.

Məlumata görə, polad qapılı təcridxanası olan bölmənin bazar dəyəri 335 min funt sterlinqdir (təxminən 767 500 manat).

Bölmənin zirzəmisində cinayətkarların saxlandığı iki kamera var. Birinci mərtəbədə beş otaq, mətbəx və iki tualet yerləşir. Üst mərtəbə isə üç yataq otağı, tualet və hamamdan ibarətdir. Bina kosmetik təmirə ehtiyac duyur.

Evin ayrıca pultla idarə olunan darvazası, iki maşınlıq qarajı da var.

Rieltorlar qeyd edirlər ki, hazırda boş olan bina əvvəllər ofis kimi də istifadə olunub. Mülk geniş bir ailə evinə və ya kommersiya məqsədli çoxailəli mənzilə çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
oxu.az

1Sources