EN

Berlində 51 ci dəfə təşkil olunan marafonda keniyalı atletlər qalib gəliblər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Berlin, 22 sentyabr, AZƏRTAC

Almaniyanın paytaxtında keçirilən 51-ci Berlin marafonunda keniyaçı idmançılar qalib gəliblər.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Keniyadan olan idmançı Sebastian Saue (Sawe) 2 saat 2 dəqiqə 16 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. O, həmçinin 60 min avro məbləğində mükafat qazanıb.

Qadınlar arasında yarışda da keniyalı atlet birinci olub. Rosemari Vanciru (Rosemary Wanjiru) marafonu 2 saat 21 dəqiqə 5 saniyəyə başa vurub.

Ənənəvi idman tədbiri bu il də Berlin küçələrində böyük maraqla qarşılanıb. Marafonda dünyanın müxtəlif ölkələrindən 60 mindən çox iştirakçı 42 kilometrlik məsafəni qət edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
2
azertag.az

3Sources