Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həlliyollarını müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində birqrup ərəb və müsəlman ölkələrinin liderləri ilə görüş keçirməyiplanlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin "Axios" portalı özmənblərinə istinadən bildirib.
Məlumata əsasən, görüş yerli vaxtla saat 14:30-a təyin edilib.Görüş D.Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdəsentyabrın 29-na planlaşdırılan görüşündən bir həftə əvvəl baştutacaq.
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyərəhbərləri görüşə dəvət alıblar. Ağ Ev bu ölkələrin Qəzza zolağınınmüharibədən sonrakı rekonstruksiyasında iştirakını, eləcə də İsrailqoşunlarının anklavdan çıxarılmasından sonra onları əvəz edəcək“sabitləşdirici qüvvə” kimi öz hərbi kontingentlərini oradayerləşdirmək imkanlarını müzakirə etməyi planlaşdırır.