EN

KİV: "Taliban" liderləri ölkədən qaçmağa hazırlaşırlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Taliban" hərəkatının liderləri Əfqanıstandan qaçmağa hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, bu iddia ilə yerli "AFG Times" nəşri çıxış edib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Baqram hava bazasını Vaşinqtonun nəzarətinə qaytarmaqdan imtina etdiyi üçün "Taliban"ı hədələdikdən bir müddət sonra hərəkatın lideri Heybətullah Axundzadə öz iqamətgahından yoxa çıxıb. Hazırda "Taliban" rəhbərinin harada olduğu məlum deyil.
Bildirilir ki, Əfqanıstan rəhbərliyi hazırda Rusiya, İran və Pakistan kimi ölkələrlə viza barədə danışıqlar aparırlar. Onlar ABŞ-nin mümkün zərbələri qarşısında bu ölkələrə qaçmağı düşünürlər.
Chosen
51
37
oxu.az

10Sources