İtaliya A Seriyasının IV turun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Roma" səfərdə "Latsio"nun qonağı olub. Bu görüşdə qonaqlar minimal hesabla qalib gəlib.
"Fiorentina" evdə "Komo" ilə üz-üzə gəlib və bu görüşdə meydan sahibləri məğlubiyyətə üzülüb.
"Kremenose" - "Parma" matçında qapılara ümumiyyətlə qol vurulmayıbsa, "Atalanta" səfərdə "Torino" üzərində böyük hesablı qələbə qazanıb.
"İnter" isə doğma meydanda "Sassuolo"nu qəbul edib və çətin qələbə qazanıb.