EN

Tramp Kirkin anım mərasimində iştirak etmək üçün Arizonaya gəlib

ABŞ prezidenti Donald Tramp mühafizəkar Çarli Kirkin anım mərasimində iştirak etmək üçün Arizona ştatına uçub.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Tramp mərasimdə çıxış edəcək.

Ağ Ev dünən ibadət mərasimində Amerika lideri ilə yanaşı vitse-prezident J.D.Vens, Nümayəndələr Palatasının spikeri Mayk Conson və federal kabinet nazirlərinin də iştirak edəcəyini açıqlayıb.

Anım mərasiminin keçirildiyi Qlendeyl üzərində uçuşa qadağan zona tətbiq edilib .

Sentyabrın 10-da mühafizəkar fəal Çarli Kirk Yuta ştatında universitetin kampusunda çıxışı zamanı qətlə yetirilib . O, 180 metr məsafədən tüfənglə vurulub, güllə boynuna dəyib. Kirk xəstəxanaya çatdırılsa da, sağ qalmayıb. Bir neçə gün sonra polis 22 yaşlı tələbə Tayler Robinsonu həbs edib. Onu keçmiş polis məmuru olan atası təslim edib. Müstəntiqlər şübhəlinin Kirki siyasi baxışlarına görə qətlə yetirdiyini düşünürlər.

Chosen
60
22
teleqraf.com

10Sources