ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
"Neftçi" Misli premyer-liqasının 5-ci tur matçında "Sumqayıt"ın meydanından qalib ayrıldı - 2:0."Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərinin suallarını cavabladı.- Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah” və “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Bu gün meydanda qalib gəlmək istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiz ki, “Neftçi” hansı səviyyədə olan komandadı. Heç-heçə belə, bu kollektiv üçün uğursuz nəticə sayılır. Yeni komanda olsaq da, reallıq budu. Əvvəl də belə olub, mənim dövrümdə də, bundan sonra da. Reallıq komandanın göstərdiyi oyundu. İlk turlardan gözləntiləri qarşılamadıq... Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nə deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nəsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldı. Amma siz bizim yanımızda deyilsiz, prosesləri bilmirsiz. Qısası, sizlik deyil... Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudu. Biz də yeni komandayıq. Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni, “Neftçi”ni istəməyənlər... Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərlikdi. Onlar mənim arxamdadı, bu vaxta qədər görmədiyim bir şeydi. Qalibiyyət üçün nə lazımdısaz hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdi. Qələbəni şəxsən mən komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar.- Əvəzetmələr həlledici oldu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa hadisələrin axarına uyğun verilən qərarlar oldu?- Hansısa məşqçi "bu futbolçunu öncədən düşünərək meydana buraxdım" deyirsə, yalandı. Hardan bilək ki, o qol vuracaq?- Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?- Hamı şans qazanacaq. Uzun müddət oynamayanlar da oynayacaq.- Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbə nə dərəcədə əhəmiyyəti olacaq?- Dəhşətli dərəcədə əhəmiyyətlidi. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atdıq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, son anlarda ötürmələr alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdı. Orda penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundu ki, belədi. Keçən ilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapımıza qol vurulurdu... Futbolçular bunu düzəldə bilib. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidi. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən, yaxşı komandayıq.- Okan Buruk 1:5 hesabıyla uduzduqdan sonra söz verdi ki, ən azından pley-offa düşəcəyik. Siz bu qələbədən sonra azarkeşlərə nə söz verirsiz?- Bu dəqiqə heç nə söz verməyəcəm. Biz hər oyuna qələbə üçün çıxacağıq. Sözüm bu olacaq.- İkinci qoldan sonra emosiyanızı gördüm. Sanki 4 turdan sonra qalan emosiyanın partlayışı idi. Sessi Almeydanın penalti epizodu haqda fikriniz necədi? Xal itirmiş olsaydınız, o epizodlar bağlı nə deyəcəkdiz?- Bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidi. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”di, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdı. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və qalib gələk. Bunu da əlimizdən alırlarsa, əlbəttə, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.