Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.
S.Abdulhəmidov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
FOTO QALEREYA