EN

“Penalti verəndə qırmızı vərəqə verməzlər” - Elmar Baxşıyev

“Araz-Naxçıvan” “Qarabağ”a məğlub olub - 0:5.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Elmar Baxşıyev
jurnalistlərin suallarını cavablayıb.

- Ağır məğlubiyyət oldu. Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Epizodlarımız da oldu. “Qarabağ”a qarşı da oynamaq çətindi.

- Qırmızı vərəqəyə görə daha çox Slaviki qınayırsız, yoxsa hakimi?
- Qınanılası epizod deyil. Əliyarın qərarı ağır idi. Penalti verirsən, qırmızı verirsen. Penalti var idi, amma penalti verəndə qırmızı vərəqə verməzlər.

- Avram 4 oyunda 25 top buraxıb. Qapıçı axtarmaq fikriniz var?
- Statistikaya baxırsız, amma komanda şəklində səhvlər edirik. Oyuna yaxşı başlasaq da, “qırmızıdan” sonra oyun ritmindən düşdük.

- Maçadonun durumu nə yerdədi?
- Mən də tez qayıtmağını istəyirəm. Ümid edirəm tez zamanda qayıdar.

- Zədəsi nədi?
- Dizinin arxa hissəsi.

- Nə vaxt olub?
- Təlim-məşq toplanışında.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
42
1
football-plus.az

2Sources