EN

Martinellinin son dəqiqə qolu “Arsenal”a xalı qazandırdı

İngiltərə Premyer Liqasının V turu çərçivəsində keçirilən “Arsenal” – “Mançester Siti” oyunu 1:1 hesabı ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, matç Londondakı “Emirates” stadionunda keçirilib və qarşılaşmaya Styuart Atvell baş hakimlik edib.

9-cu dəqiqədə Erlinq Haaland “şəhərlilər”i önə çıxarsa da, oyun 90+3-cü dəqiqədə Qabriel Martinellinin qolu ilə bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra “Mançester Siti” 7 xalla turnir cədvəlində 9-cu, “Arsenal” isə 10 xalla 2-ci pillədə qərarlaşıb.

Növbəti turda “şəhərlilər” 27 sentyabrda “Bernli”ni qəbul edəcək, “kanonirlər” isə 28 sentyabrda “Nyukasl”la səfər matçına çıxacaq.

Chosen
77
90deqiqe.az

1Sources