EN

Qandakı insulini yox edir - isti suya 1 qaşıq əlavə etməyiniz yetər

Orta Şərq və Aralıq dənizi mətbəxində geniş istifadə olunan sumaq, həm yeməklərə verdiyi turşməzə dadı, həm də sağlamlığa faydaları ilə tanınır. Uzun illərdir həm mətbəxdə, həm də təbabətdə istifadə edilən bu bitki, orqanizm üçün bir çox müsbət təsir göstərir.

Sumaq, flavonoid və polifenollarla zəngin olub, bədəndə sərbəst radikallarla mübarizə aparır. Hüceyrələrin zədələnməsinin qarşısını alır, vaxtından əvvəl qocalmanı və xroniki xəstəliklərin riskini azalda bilir.

Mədəni sakitləşdirir, qaz və şişkinlik kimi problemləri yüngülləşdirir. Sumaq çayı, həzm pozğunluqları və mədə narahatlıqları üçün təbii üsul hesab olunur.

Tərkibindəki C vitamini dəriyə parlaqlıq verir və immuniteti gücləndirir. Eyni zamanda, iltihab əleyhinə xüsusiyyəti ilə sızanaq və dəri iltihablarını azalda bilər.

Araşdırmalara görə, sumaq qan şəkərini sabitləşdirməyə və insulinin təsirini artırmağa kömək edir. Xüsusilə tip 2 diabet xəstələri üçün faydalı ola bilər. Lakin bu cür qidaların istifadəsi mütləq həkim məsləhəti ilə olmalıdır.

Təbii antiinflamatuar xüsusiyyətə malikdir. Oynaqlarda ağrı, revmatizm kimi problemlərdə rahatladıcı təsir göstərə bilər.

Qan təzyiqini aşağı salmağa və pis xolesterolu azaltmağa kömək edə bilər. Bununla da ürək xəstəlikləri riskini azaldır.

Antibakterial və antiviral təsir göstərərək infeksiyaların qarşısını ala bilər. Soyuqdəymə və qripdə faydalı olduğu düşünülür.

Bədəndə enerjini artıraraq gün ərzində daha gümrah qalmağa kömək edə bilər.

Sumaq suyunun hazırlanması

Bir stəkan qaynar suya 1 çay qaşığı sumaq əlavə edin.

5 dəqiqə dəmləyin. İstəsəniz, içinə 1-2 damla kəklikotu yağı qata bilərsiniz.

Süzüb için. Əgər tək içmək çətin olarsa, salat sousuna da əlavə edə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
30
2
milli.az

3Sources