EN

Lekler Bakıdakı vəziyyəti dəyərləndirdi: - “Biz çox zəif idik”

“Ferrari”nin pilotu Şarl Lekler Azərbaycan Qran-prisinin son dəqiqələrində baş verən hadisəyə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Motorsport" 27 yaşlı pilotçunun dediklərini belə çatdırıb.

Lekler bildirib ki, əsas məsələ mövqelər yox, komandanın ümumi sürətidir:

“Qaydalar var və biz onlarla işləməliyik. Ola bilsin ki, bu gün həmin qaydalar tam yerinə yetirilmədi. Səkkizinci, ya doqquzuncu yer – mənim üçün ciddi fərqi yoxdur. Əsas odur ki, biz daha yüksək yerlər uğrunda mübarizə aparanda hər şey düzgün işləsin. Amma düşünmürəm ki, bu mövzu geniş müzakirəyə çıxarılmalıdır. Təəssüf ki, bütün həftəsonu çox zəif idik və diqqətimizi məhz buna yönəltməliyik”

Xatırladaq ki, yarışın sonlarına yaxın komanda yoldaşı Luis Hemiltonun onu vaxtında irəli buraxmaması diqqət çəkmişdi. Finişdən əvvəl Leklerə Hemiltonla yerlərinin dəyişdiriləcəyi bildirilsə də, bu barədə britaniyalı pilota məlumat gec çatdırılıb.

Chosen
29
90deqiqe.az

1Sources