“Bundan sonra nə məmur, nə rəis, nə vəzifəli şəxs, nə nazir olmaq istəyirəm. Hətta Xalq artisti də olmaq istəmirəm”.
NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “EDNews”a müsahibəsində deyib.
O, “Xalq artisti” adı almaq istəmədiyini açıqlayıb:
“Hərdən mənə deyirlər ki, vaxtı gəlib, Xalq artisti adı al. Cavab verirəm ki, istəmirəm. Versələr də imtina edəcəyəm. Çünki ayıbdır. Mən nə Müslüm Maqomayevəm, nə Rəşid Behbudov, nə də Şövkət Ələkbərova. Məni onlarla bir səviyyədə tutmaq günahdır. Əməkdar artist adım var. Bunu haqq etdim. 35 il işləmişəm. Amma Xalq artisti adı istəmirəm”.