EN

Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Bakı. Trend:

Özbəkistanın Kokand şəhərində keçirilən III Beynəlxalq XalqTətbiqi Sənət Festivalı və Beynəlxalq Dulusçuluq Forumuçərçivəsində iştirakçı dövlətlərin sərgisi keçirilib. Sərgidəölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyin nəzdində HeydərƏliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Bu barədə Trend-əAzərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin guşəsində Azərbaycan mədəniyyəti, tarixivə dövlətçiliyinə dair nəşrlər, həmçinin özbək dilində çap olunmuşkitablar təqdim olunub. Bununla yanaşı, Azərbaycan sənətkarlarınınhazırladıqları suvenirlər, əl işləri, xalçalar və digər məhsullarda nümayiş etdirilib.

Sərgidə həmçinin Bakıdan gəlmiş xalçaçı rəssam, miniatür ustasıAğasadıq Süleymanovun əsərləri təqdim olunub. ZiyarətçilərAzərbaycan Mədəniyyət Mərkəzinin guşəsi ilə tanış olaraq millimədəniyyətimizi əks etdirən nəşrlər və sənət nümunələri ilə tanışolublar. Qonaqlar şəkərbura, paxlava və digər millişirniyyatlarımızdan da dadıblar.

Tədbirlərdə dünyanın 70 ölkəsindən gələn sənətkarların əl işlərinümayiş etdirilib.

Chosen
35
5
az.trend.az

6Sources