EN

İsrail ordusunun 36-cı diviziyası Qəzzaya daxil olub

İsrail ordusunun 36-cı diviziyası Qəzza şəhərində quru əməliyyatlarına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“36-cı diviziyanın qoşunları iki həftəlik hazırlıqdan sonra “Gideonun Arabaları – 2” əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olur. Məqsəd İsrailin mülki əhalisinin təhlükəsizliyini qorumaq üçün terrorçuların sığınacaqlarını məhv etməkdir” – məlumatda bildirilir.

Chosen
68
operativmedia.az

1Sources