Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, bu gün 353 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib: pizza hut
"Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra dərhal namizədə elan olunub. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 160 nəfər hakimliyə namizəd müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. İmtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir".
Hakimliyə namizədlərlə keçirilmiş test imtahanında 60 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılmış namizədlərin kod üzrə siyahısı ilə bu linkdən tanış olmaq olar.
Telegram kanalımız