EN

Çində yeni virus təhlükəsi: minlərlə yoluxma, fövqəladə vəziyyət elan olundu

Çinin cənubundakı Guangdong əyalətinin Ciangmın şəhərində sivrisineklər vasitəsilə yayılan Çikungunya qızdırması sürətlə yayılır. Rəsmi məlumata görə, indiyədək 1714 yoluxma halı qeydə alınıb. Bununla bağlı şəhərdə 3-cü səviyyə "ictimai sağlamlıq üzrə fövqəladə vəziyyət" elan olunub.

Şəhər səhiyyə idarəsinin açıqlamasına görə, yoluxanların hamısında xəstəlik yüngül formada müşahidə olunub. Hazırda ağır xəstə və ya ölüm halı qeydə alınmayıb.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına əsasən, Çikungunya virusu çox sürətlə yayılan xəstəlikdir və indiyədək Amerika qitəsi, Asiya, Afrika, həmçinin məhdud miqyasda Avropada epidemiyalara səbəb olub.

Xəstəlik əsasən hərarət və oynaq ağrıları ilə başlayır. Bundan əlavə, oynaqlarda şişkinlik, əzələ və baş ağrısı, ürəkbulanma, halsızlıq və dəri səpgiləri ilə özünü göstərir.

Avqust ayında da Guangdong əyalətinin Foşan şəhərində oxşar epidemiya baş vermiş, yoluxma halları bir gün ərzində 600-ə qədər yüksəlmişdi.

Hazırda Ciangmında vəziyyətin nəzarət altında saxlanılması üçün tədbirlər gücləndirilib.

Lalə Qüdrətova
Milli.Az

Chosen
12
5
milli.az

6Sources