BAKI, 21 sentyabr, TELEQRAF
ABŞ prezidenti Donald Tramp Rusiyanın "MiQ-31" qırıcılarının Estoniya hava məkanını pozmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, Tramp hadisədən məlumatlı olub-olmadığına dair suala belə cavab verib: “Bəli, xoşumuza gəlmir”.
Estoniya hakimiyyətinin iddiasına görə, sentyabrın 19-da səhər saatlarında Rusiyanın üç "MiQ-31" qırıcısı ölkənin hava məkanına daxil olub.
Rusiya Müdafiə Nazirliyi iddianı təkzib edib.