Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qonaq edib.
Matç Ağdam təmsilçisinin 5-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi 27-ci dəqiqədən azlıqda oynayıb. Slavik Alxasov kobud oyuna görə meydandan qovulub.