“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.
Apasport.az xəbər verir ki, mübarizə saat 15:00-da başlayıb.
Yarışı “Red Bull” pilotu Maks Ferstappen lider tamamlayıb. Bu, onun ikinci Bakı çempionluğu olub. Pilot ilk dəfə 2022-ci ildə Azərbaycanda qalib adına yiyələnib.
Niderlandlı pilotu “Mercedes”dən Corc Rassell və “Uilyams”dan Karlos Sayns izləyib.
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.
“Red Bull” pilotu Maks Ferstappenə kubok təqdim olunub.
Qeyd edək ki, niderlandlı sürücü ikinci dəfə Bakı trekində qələbə sevinci yaşayıb.