Misli Premyer Liqasında V tura bu gün yekun vurulur.
Offsideplus.az xəbər verir ki, Portuqaliyadan zəfərlə qayıdan "Qarabağ" Mərdəkanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Ağdam təmsilçisi məğlubiyyətsiz rəqibini 5 qolla məğlub edib - 5:0.
Toral Bayramov görüşdə het-trik edib. Digər qolları Musa Qurbanlı və Kris Kuaku vurub.
"Araz-Naxçıvan" 10 xalda qalıb. "Qarabağ" isə xalını 7-yə yüksəldib.
Misli Premyet Liqası, V tur
21 sentyabr (bazar)
17:00 "Araz-Naxçıvan" - "Qarabağ" 0:5
Qol: Toral Bayramov, (4', 28' pen. 65' pen.) Musa Qurbanlı (52') Kris Kuaku (86')
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Əliyev
“Liv Bona Dea Arena”