EN

“Qəzzada günün əvvəlindən 50 dən çox fələstinli həlak olub” − “Əl Cəzirə”

ain.az bildirir, Yeniavaz portalına istinadən.

“Günün əvvəlindən İsrailin hücumları nəticəsində Fələstinin Qəzza zolağında ən azı 53 nəfər həlak olub”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” tibbi mənbələrə istinadən məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 75 ölü və 304 yaralı anklavdakı xəstəxanalar tərəfindən qəbul edilib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından Qəzzada ölənlərin ümumi sayı 65 283 nəfərə çatıb, 166 000-dən çox yaralı var.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
yeniavaz.com

2Sources