BAKI, 21 sentyabr. TELEQRAF
Əfqanıstanın Pərvan vilayətinin Baqram rayonunda hərbi bazanın qarşısında partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Jomhur" xəbər agentliyi məlumat yayıb.
Partlayış ABŞ prezidenti Donald Trampın aviabazanın amerikalılar tərəfindən mümkün qaytarılması ilə bağlı bəyanatları ətrafında artan siyasi gərginlik fonunda baş verib.
Sentyabrın 21-də ABŞ prezidenti Donald Tramp Əfqanıstan hakimiyyətini Pərvan əyalətindəki hərbi bazanı könüllü olaraq təslim etməyəcəkləri halda, “pis nəticələrlə” hədələyib . Taliban buna cavab olaraq Amerika liderinə ABŞ-nin ölkənin daxili işlərinə qarışmamaq haqqında sazişini göstərib .
"Birləşmiş Ştatlar Əfqanıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək öhdəliyi götürür", - Əfqanıstan hökuməti xatırladıb.