EN

Moldova prezidenti qaqauz qadınları ilə mübahisə edib

Moldova Teleqram kanalının məlumatına görə, Moldova prezidenti Maia Sandu Kişinyovda keçirilən etnik festivalda Qaqauziya sakinləri ilə mübahisə edib.

Busaat.az xəbər verir ki, Qaqauziya İcraiyyə Komitəsinin sədr müavini Viktor Petrov dövlət başçısını milli geyimli moldovalı təqaüdçülərin yanına aparıb və onların yarısının seçki korrupsiyasına görə cərimə olunduğunu qeyd edib.

“Burada gözəl xanımlar oturub-milli geyimli nənələrimiz. Onların yarısı cərimələnib. Pensiyaçılar 25 min ley cərimələrini ödəmək üçün pulu haradan tapacaqlar?”, – deyə o, soruşub.

Sandu cavabında Petrovun vətəndaşları istismar etdiyini iddia edib və Qaqauziyalı qadınlara halal pulla yaşamağı tövsiyə edib. Bu arada bir təqaüdçü prezidentə şikayət edib ki, o, 80 yaşlı kor ataya dəstək olur və onun aldığı cərimə ailə üçün çox böyükdür.

Yeganə

Chosen
25
busaat.az

1Sources