EN

Azərbaycandan “Avroviziya”da iştirakdan imtinaya cavab

Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya-2026″da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə tirajlanan xəbərlər həqiqətə uyğun deyil.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 15-16-da Dubrovnik şəhərində keçirilən tədbirdə 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.

Dekabrın 2-4-də Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.

Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.

Qeyd edək ki, Türkiyənin “Akit” televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya-2026″da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşmışdı.

Chosen
9
25
konkret.az

10Sources