EN

Suriyada parlament seçkiləri təxirə salınıb

Suriya Seçki Komissiyası Xalq Şurasına (birpalatalı parlament) seçkiləri oktyabrın 5-nə qədər təxirə salıb.

Operativ Media xəbər verir ki, bu barədə “Al Hadath” nəşri məlumat yayıb.

Bildirilib ki, sentyabrın 15-20-nə planlaşdırılan seçkilərin ölkədə gedən döyüşlərlə bağlı yaranan maddi-texniki problemlər səbəbindən təxirə salındığı bildirilir.

Səsvermədən sonra vətəndaşlar parlamentə 140 üzv seçəcək.

70 nəfər isə Suriya prezidenti Əhməd əl-Şaraa tərəfindən müvəqqəti müddətə təyin ediləcək.

Müvəqqəti parlament 30 ay fəaliyyət göstərəcək və konstitusiya qəbul olunana və yeni seçkilər keçirilənədək qanunverici orqan kimi fəaliyyət göstərəcək.

1Sources