EN

Oskar Piastri Azərbaycan Qran-prisindəki uğursuz çıxışını şərh edib

“McLaren” pilotu və "Formula-1" çempionatının ümumi xala görə lideri Oskar Piastri Bakıda yaşadığı uğursuzluğu şərh edib.

İdman.biz xəbər verir ki, yarış onun üçün fəlakətlə başlayıb – startda səhv reaksiya və ilk dövrədə qəza baş verib.

Oskar Piastri "Sky Sports"a açıqlamasında bildirib ki, hava axınını nəzərə almayıb: “Əlbəttə, bu, mənim ən yaxşı anım deyildi. Starta çox tez reaksiya verdim – sadə və ağılsız bir səhv idi. Qəza da eyni səbəbdən baş verdi: hava axınını nəzərə almadım, döngəyə çox sürətlə girdim və hər şey bununla bitdi. Sürüşmə səviyyəsi aşağı idi, amma bunu mən bilməli idim. Heç kimi günahlandıra bilmirəm, yalnız özümü. Sadəcə lazımi anda düzgün qərarlar verə bilmədim və bu, çox məyusedicidir”.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Red Bull”dan Maks Ferstappen olub. İkinci yeri “Mercedes”dən Corc Rassel, üçüncü yeri isə “Williams”dan Karlos Sains tutub.

İdman.biz

Chosen
2
1
idman.biz

2Sources