Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka uçacaq.
Turkustan.az-ın məlumatına görə, bu barədə İslam Respublikasının Prezidenti administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sanayi bildirib.
"Prezident 23 sentyabr, çərşənbə axşamı Nyu-Yorka yola düşəcək və çərşənbə günü səhər Birləşmiş Millətlər Təşkilatında çıxış edəcək", - o, "X" sosial şəbəkəsində yazıb.
Sanayinin sözlərinə görə, Pezeşkianın digər dövlət başçıları və BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşləri də planlaşdırılır.
BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək. Report/
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.