EN

Papa Qəzzanı “şəhid torpaq” adlandırdı

Zorakılığa, məcburi sürgünə və ya qisas almağa əsaslanan gələcək yoxdur. İnsanlara sülh lazımdır, onları həqiqətən sevənlər sülh üçün çalışırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.

Müqəddəs Pyotr Meydanına toplaşan insanlara müraciət edən pontifik Qəzzanı “şəhid torpaq” adlandırıb.

“Qəzza zolağının xalqı ilə həmrəyliyə sadiq olan müxtəlif katolik birliklərinin nümayəndələrinin təşəbbüsünü yüksək qiymətləndirirəm. Kilsə ciddi müharibə təhlükəsi ilə üzləşdiyimiz bir vaxtda dünyanın faciələrinə biganə qalmır. Bu gün bütün xalqlar zorakılıq və daha da pisi - həyasız biganəliklə əzilir və onlar səfalət taleyinə tərk edilir”, - deyə Roma Papası bildirib.

Chosen
15
4
bakivaxti.az

5Sources