EN

Adnan Əhmədzadə: neft kralı indi Bakıda hansı həbsxanada saxlanılır – nə yeyir, nə içir, necə yaşayır? – EKSKLÜZİV MƏLUMATLAR

İki gün öncəyə qədər ən yüksək həyat tərzi, oliqarx dəbdəbəsi ilə yaşayan Adnan Əhmədzadə indi Bakıda həbsxanadadır.

Musavat.com xəbər verir ki, onun barəsində cinayət işini Dövlət Təhlükəsizliyi Xidməti apardığına görə, Əhmədzadənin istintaq müddətində saxlanma yeri də ölkənin ən etibarlı müəssisəsi sayılan DTX təcridxanasıdır.

Xatırladaq ki, hazırda məhkəməsi aparılan erməni separatçıları və qondarma rejimin rəhbərləri də həmin təcridxanada saxlanılırlar. DTX təcridxanası həm də şəraiti ilə seçilir, müsbət mənada digər müəssisələrdən fərqlənir. Zirzəmi deyil, dəniz havası ilə zəngindir. Doğrudur, uzun illər bahalı restoranların təamlarına alışmış, hər addımı lüks və israfçılıqla dolu olan Adnan Əhmədzadə üçün həbsxana ölümdən əvvəlki stansiya sayıla bilər. Amma indi o, istəsə də, istəməsə də, bu taleyə dözməli, həbsxananın qaydaları ilə barışmalıdır.

Lüks həyatdan zindana

Əhmədzadənin sosial media hesabları illərlə təmtəraqlı qəbulların, səyahətlərin, zəngin həyatın, məşhur futbolçular və məşqçilərlə çəkilmiş fotoların nümayiş yeri idi. Onun və həyat yoldaşı, Qazaxlı qızı Gülsəfa Cəfərovanın (Əhmədzadə) paylaşdıqları bəzən cəmiyyətə sanki “acıq” vermək kimi görünürdü. İndi isə vəziyyət dəyişib: Gülsəfa xanım artıq dini ayələr paylaşır, hər ikisinin səhifələri isə dəfələrlə azaldılmış, “korrektə” olunmuş paylaşımlarla doludur.

Bakıda

Musavat.com Əhmədzadənin Instagram səhifəsindən bəzi videolar əldə edib. Burada ailəvi görüntülər, Məkkə və Ümrə ziyarətindən kadrlar, həmçinin dünyaca tanınmış futbolçularla çəkilmiş şəkillər yer alır.

Cinayət işində ittihamlar

Musavat.com-un ölkədə ilk dəfə xəbər verdiyi kimi, Adnan Əhmədzadə Azərbaycanın enerji təhlükəsizliyini təhdid edən əməllərdə, Bakı neftinə kənar maddələr qatılması təxribatında və bir sıra mənimsəmə faktlarında ittiham olunur. Bu iddiaların bir çoxu artıq məhkəmə qərarları ilə təsdiqlənib. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Adnan

Bəzi iddialara görə, Əhmədzadə Rusiya kəşfiyyatının toruna düşüb və dövlətə xəyanət sayılacaq əməllərə yol verib. Onun Rusiya neftinin qaçaq satışında, "Putinçi treyderlər"lə ortaq olmasında iştirak etdiyi bildirilir. Bütün bunlar hələlik istintaq mərhələsindədir və yaxın günlərdə detalları aydınlaşacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiyanın münasibətlərinin pisləşdiyi bir vaxtda, məhz Rusiyaya işləməkdə (hələlik rəsmiləşməyib) ittiham olunan ilk böyük iş adamının həbs olunması da təsadüfi görünmür. “Adnan işi” çərçivəsində başqa şəxslərin də saxlanıldığı məlumdur. Musavat.com həmin şəxslərin bəzilərinin adını bilir, amma məhkəmə qərarı olmadığından onların adlarını açıqlamır. Çünki mümkündür ki, onların heç bir günahı olmayacaq və azadlığa buraxılacaqlar.

Adnan

DTX təcridxanasında gündəlik həyat

Bir zamanlar DTX təcridxanasında saxlanılmış jurnalistlərdən biri Musavat.com-a bildirib ki, müəssisədə yemək keyfiyyətli olur. Görüş otaqları işıqlı və müasir, kitabxanaları mükəmməldir. Rejim sərtdir - istintaq altında olan dustaqların bir - biri ilə görüşü imkansızdır. Yeməkləri keyfiyyətli olsa da, menyü heç də Əhmədzadənin öyrəşdiyi bahalı mətbəxə uyğun deyil. Həftədə bir dəfə yaxınlarından ərzaq və sair lazımi əşyalar xüsusi yoxlamadan sonra qəbul edilir. Həftəsi tamam olmadığlna görə, “neft kralı”nın qarşısında indilik həbsxana yeməkləri var və başqa seçim yoxdur: yesə də odur, yeməsə də…

WhatsApp

Nəticə: simvolik düşüş

Adnan Əhmədzadənin həbsi sadəcə bir iş adamının taleyi deyil, həm də oliqarx həyatının Azərbaycanda sonunun simvoludur. Dünənki dəbdəbə, zənginlik nümayişi indi DTX təcridxanasında sadə yeməklərlə, ciddi nəzarət və təcridlə əvəzlənib. Əhmədzadə indi 4 ay müddətində istintaq təcridxanasında qalmalı, dövlətə qarşı əməllərin hüquqi nəticələri ilə üz-üzə dayanmalıdır.

Musavat.com

Chosen
8
2
musavat.com

10Sources