EN

Britni Spirsin psixi vəziyyəti ağırdır Yeni təfərrüatlar

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı müğənni Britni Spirs özünü idarə etməkdə çətinlik çəkir. O, vaxtının böyük hissəsini Los-Ancelesdəki evində tək keçirir, nadir hallarda ictimaiyyət qarşısına çıxır və ona həyati əhəmiyyətli hesab olunan yardımı qəbul etməkdən imtina edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" mənbələrə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, müğənninin şəxsi heyəti, mühafizəçiləri və köməkçiləri olsa da, onun yaxın dostu yoxdur. Britninin xarici aləmlə yeganə ünsiyyət vasitəsi isə "Instagram" hesabıdır. Burada paylaşdığı qəribə videolar izləyicilərdə onun vəziyyəti ilə bağlı əlavə narahatlıq yaradır.

"Onun davranışı internetdə gördüyümüz kimidir: bəzən aydınlıq olur, bəzən isə elə bil emosional dalğalanma yaşayır. O, hələ də çox mehriban və mülayim insandır. Biz hər zaman Britniyə görə narahatıq, onun yaxşı olduğuna əmin olmaq istəyirik. Sual budur ki, biz ona necə kömək edə bilərik", deyə mənbə əlavə edib.

Xatırladılır ki, məhkəmə Britnini atasının qəyyumluğundan azad etdikdən sonra o, artıq psixiatrik müayinələrdən keçməyə məcbur deyil.

Digər mənbənin sözlərinə görə, məhkəmə qərarı zamanı müğənninin tibbi tarixi nəzərə alınmayıb: "Biz kömək etməyə çalışırıq, amma nəticədə onu buna məcbur edə bilmirik. Qəyyumluq bitdikdən sonra daimi nəzarət proqramı mövcud deyil. Ona terapiya keçmək lazım deyil və özü də problem yaşadığını düşünmür. Kaliforniya qanunları isə hər kəsi məcburi psixiatrik müayinəyə göndərməyə imkan vermir".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
qaynarinfo.az

1Sources