EN

Mercedes Bakıdakı yarışdan sonra ikinci pilləyə yüksəldi

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Formula 1 Dünya Çempionatı: "Mercedes" Konstruktorlar Kubokunda İkinci Pilləyə Yüksəlib

Milli.Az-ın xəbərinə görə, Bakıda keçirilən Azərbaycan Qran-prisinin nəticələrinə əsasən "Mercedes" komandası Konstruktorlar Kubokunda ikinci yerə yüksəlib.

Komandanın pilotlarından Corc Rassell yarışı ikinci, Kimi Antonelli isə dördüncü yerdə başa vurub. Bu nəticələr sayəsində "Mercedes" xallarının ümumi sayını 290-a çatdıraraq "Ferrari"ni (286 xal) geridə qoyub. Liderlik isə 623 xalla "Maklaren" komandasına məxsusdur.

Yarışın əsas mərhələsində qəza yaşayan "Maklaren"in pilotu Oskar Piastri fərdi sıralamada 324 xalla birinciliyini qoruyub. Onun komanda yoldaşı Lando Norris isə 299 xalla ikinci sıradadır. Azərbaycan Qran-prisinin builki qalibi Maks Ferstappen ("Red Bull") isə 255 xalla üçüncü pillədə qərarlaşıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
news.milli.az

3Sources