EN

Səudiyyə Ərəbistanı Yəmənə əlavə maliyyə dəstəyi göstərib

Səudiyyə Ərəbistanı Yəmənə əlavə 368 milyon ABŞ dolları məbləğində yardım ayırıb. Bu dəstək, Səudiyyə Ərəbistanının “Yəmənin inkişafı və yenidənqurulması proqramı” vasitəsilə həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu məlumat Səudiyyə Ərəbistanı XİN-nin bəyanatında yer alır.

Bəyanatda qeyd edilir ki, bu qərar Yəmən Prezidentlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi tərəfindən edilən çağırışa cavab olaraq verilib və Səudiyyə Ərəbistanının Yəmən Prezidentlik Şurasına və Yəmən hökumətinə davamlı dəstəyini bir daha göstərir.

Maliyyə dəstəyi Yəmənin büdcəsinə, neft məhsullarının alınmasına və Ədən şəhərindəki Şahzadə Məhəmməd bin Salman xəstəxanasının büdcəsinə yönəldiləcək.

Chosen
29
3
ikisahil.az

4Sources