EN

Pakistan hərbi koalisiyasını gücləndirir – Nigeriya ilə strateji əməkdaşlıq

Pakistan beynəlxalq hərbi əməkdaşlıq istiqamətində fəaliyyətini genişləndirir. Bu dəfə İslamabadın tərəfdaşlıq qurduğu ölkələr sırasında Nigeriya da yer alıb.

Musavat.com xəbər verir ki, Nigeriya və Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri Nigeriya Hərbi Hava Qüvvələrinin qərargahında keçirilən görüş zamanı yüksək səviyyəli strateji əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Görüşdə əsas diqqət hərbi-texniki əməkdaşlıq, silah tədarükü və kadr hazırlığı məsələlərinə yönəldilib.

Məlumata görə, Nigeriya Hərbi Hava Qüvvələri Pakistanla yüksək dəqiqlikli idarəolunan silahların, raket sistemlərinin alınması, bu silahların istismar müddətində texniki dəstəyin göstərilməsi, həmçinin hərbi kadrların peşə hazırlığının artırılması istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Bu çərçivədə təkmil təlim proqramlarının təşkili, akademik mübadilələrin həyata keçirilməsi və Pakistanın müdafiə sənayesi müəssisələrində - Pakistan Ordnance Factories və Pakistan Aeronautical Complex (PAC) kimi qurumlarda praktiki təcrübə proqramlarının keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
1
olaylar.az

10Sources