Finlandiya Prezidenti Aleksander Stubb bildirib ki, Avropa İttifaqı Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı qərarlarda Rusiyanın maraqlarını nəzərə almaq niyyətində deyil.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o , bu fikri “The Guardian” qəzetinə müsahibəsində səsləndirib.
“Rusiyanın müstəqil dövlətin suveren qərarlarında heç bir söz haqqı yoxdur”, – deyə Stubb vurğulayıb.