Azərbaycan gimnastı Səlcan Mahsudova Almaniyada keçirilən batut gimnastikası üzrə Dünya Kuboku mərhələsində yeni dünya rekorduna imza atıb.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
İdmançımız fərdi proqramda unikal element yerinə yetirib.
Bu uğur Mahsudovanın karyerasında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın dünya idmanındakı mövqelərini də möhkəmləndirib.
İdman.biz