Bakıdakı yarış "Formula 2" pilotu Cek Krouford üçün mükəmməl alınıb.
"Report"un məlumatına görə, "Dams Lukas Oil" komandasının sürücü bu barədə açıqlama verib.
O, qalib gəldiyi əsas yarışda sürətin yüksək olduğunu bildirib:
"Həftəsonu mənim və komanda üçün mükəmməl keçdi. Burada sürət çox yüksək idi. Son anlarda əsas məqsədim düzlüklərdə fərqi qorumaq oldu".
ABŞ-dən olan pilot küləyin onlara çətinlik yaratdığını söyləyib: "Ritmi tutmuşdum. Amma güclü külək işimi çətinləşdirdi".
Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.
Milli.Az