EN

“Sumqayıt”ın futbolçusu: “Neftçi”nin iddiası böyükdür, lakin bizim də hədəfimiz var”

Ötən həftə heç kimin gözləmədiyi halda “İmişli”yə məğlub olan, lakin texniki qələbə sayəsində 3 xal qazanan “Sumqayıt” növbəti sınaq qarşısındadır.

Avrokuboklara iddia edən kollektiv bu dəfə daha ciddi rəqiblə - “Neftçi” ilə üz-üzə gələcək.

Bu komandalar arasında illərdir davam edən prinsipiallıq barədə uzun-uzadı danışmağa gərək yoxdur.

“Ağ-qaralar”ın Sumqayıtda sonuncu qələbəsini 2023-cü ilin sentyabrında qazandığını xatırlatmaq kifayət edir.

İdman.biz xəbər verir ki, məlum oyundan öncə “Sumqayıt”ın “11 nömrə”si Aleksa Yankoviç Sportinfo.az-a verdiyi açıqlamada qələbə istəyindən söz açıb:

“Neftçi” haqqında eşitmişəm. Çox yaxşı komandadır, keyfiyyətli futbolçuları var. İddiası böyükdür, daim qələbə qazanmaq istəyir.

Lakin biz də bacarıqlı kollektivə sahibik, hədəfimiz var. Doğma azarkeşlərimizin önündə oynayacağıq.

Bu üstünlükdən yararlanıb hədəfə çatmağa çalışacağıq. Hədəfimiz isə təbii ki, 3 xaldır. Qələbə ilə “İmişli” məğlubiyyətini unutdurmaq istəyirik”.

Sentyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.

İdman.biz

Chosen
7
2
idman.biz

3Sources