EN

Alonso "Real"ın sabiq baş məşqçilərinin uğurunu təkrarladı

"Real" klubunun baş məşqçisi Xabi Alonso Madrid klubunun sabiq baş məşqçislərinin uğurunu təkrarlayıb.

Hakimiyyet.az xəbər verir ki, komanda mütəxəssisin rəhbərliyi altında La Liqa-da ilk beş matçında qələbə qazanıb.

Bununla da X.Alonso Xose Kirante və Vanderley Luşemburqonun nailiyyətini təkrarlayıb. Kirantenin rəhbərliyi altında "Real" 1928/1929 mövsümündə ilk beş matçı qələbə ilə başa vurub. Luşemburqo isə bunu 2004/2005 mövsümündə reallaşdırıb.

Qeyd edək ki, Madrid təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Chosen
2
8
hakimiyyet.az

9Sources