EN

Hakimliyə namizədlərin test imtahanında iştirak edən 353 nəfərdən 160-ı növbəti mərhələyə keçib

Hakimliyə
Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir. 1news.az xəbər verir ki, sentyabrın 21-də 353 hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra elan olunub. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 160 hakimliyə namizəd müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. İmtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir. Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirir ki, növbəti müsahibə üçün hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.
Chosen
34
7
1news.az

10Sources